Gürcüstanın keçmiş ədliyyə naziri Ukraynada döyüldü
- 07.02.2022, 20:50,
- Dünya
Baxılıb: 54
Facebook
Вконтакте
Одноклассники
Google+
Kiyevdə Ukrayna baş prokurorunun köməkçisinə hücum edilib.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə bazar ertəsi Tverskaya küçəsində baş verib. Baş prokurorun köməkçisi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və döyülüb. Hadisədən sonra 49 yaşlı zərərçəkən şəhər xəstəxanalarından birinə yerləşdirilib.
"İlkin məlumatlara görə, dörd nəfər naməlum şəxs zərərçəkmişə - baş prokurorun köməkçisinə küçədə yaxınlaşaraq, onu döyüb və hadisə yerindən qaçıb. 49 yaşlı zərərçəkmiş xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edənlərin kimliyini müəyyən etməyə çalışır.
Zərərçəkənin kimliyi açıqlanmasa da, “Ukrinform” agentliyinin məlumatına görə, bu, Zurab Adeişvilidir.
Zurab Adeişvili iki dəfə - 2003-2004 və 2008-2012-ci illərdə Gürcüstanın ədliyyə naziri olub. O, müxtəlif vaxtlarda Gürcüstanın dövlət təhlükəsizliyi naziri və baş prokuror vəzifələrində də çalışıb. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin seçkilərdə məğlub olmasından sonra Adeişvili Ukraynaya köçüb və orada baş prokurorun müşaviri olub.
