Çörək sexinə basqın edən maskalı şəxs axtarılır
- 04.03.2021, 09:05,
- Kriminal
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhərində naməlum maskalı şəxs çörək sexinə basqın edib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, hadisə martın 1-i gecə saat 01 radələrində baş verib. Naməlum maskalı şəxs şəhərin Mircəlal Paşayev küçəsində yerləşən çörək sexinə basqın edərək əlindəki bıçaqla orada işləyən 1977-ci il təvəllüdlü Müşfiq Əliyevi hədələyib.
Həmin şəxs bu yolla kassada olan 95 manat pulu götürərək hadisə yerindən qaçıb.
Gəncə RPİ tərəfindən müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
****
DİN Mətbuat xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında bildirib ki, martın 1-i gecə saat 1 radələrində bir nəfər maskalı şəxsin şəhər ərazisindəki çörək sexlərindən birinə əlində kəsici alətlə daxil olaraq, oradakı işçilərə hər hansı bir xəsarət yetirmədən kassadan 95 manat pul götürməsi barədə məlumat daxil olub:
“Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları dərhal soyğunçuluq hadisə baş verən yerə gedərək müəyyən tədbirlər həyata keçirib. Hazırda həmin şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
