Əməkdar həkim Yavər Şıxəliyev vəfat etdi
- 19.10.2026, 21:30,
- Xəbər / Sosial / Səhiyyə
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar həkim, tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Yavər Şıxəliyev əmək fəaliyyətinə 1972-ci ildə Naxçıvanda başlayıb. 1973-cü ildə Naxçıvan Respublika Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib. 2024-cü ilin sonunda Ağciyər Xəstəlikləri Mərkəzinin strukturunun formalaşdırılmasından sonra fəaliyyətini Mərkəzin tabeliyində olan 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi kimi davam etdirib.
Yavər Şıxəliyev 2015-ci ildə
“Əməkdar həkim” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
