Baş nazirin müavinlərinin sayı 4 oldu
- 19.10.2026, 15:30,
- Siyasət
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
“Qanunyolutv.az”-ın məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib.
Hazırda Baş nazirin birinci müavini
Yaqub Eyyubovdur. O, 1999-2003-cü ilə qədər Baş nazirin müavini olub, 2003-cü ildən isə Baş nazirin birinci müavini kimi fəaliyyət göstərir.
Şahin Mustafayev də Baş nazirin müavinidir. O, 2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye naziri, 2016-2019-cu illərdə iqtisadiyyat naziri olub. 2019-cu ildən isə indiki vəzifəsindədir.
Baş nazirin digər müavini
Samir Şərifovdur. 2006-2025-ci illərdə maliyyə naziri postunu icra edən Samir Şərifov ötən ilin yanvarından Baş nazirin müavini kimi fəaliyyət göstərir.
Yeni təyinat alan
Teymur Musayev isə 2022-ci ilin yanvar ayından səhiyyə naziri vəzifəsini icra edirdi.