"Qanunyolu.info.az" qızı Ülviyyə xanıma başsağlığı verir
- 08.01.2021, 15:00,
- Gündəm / Sosial / Xəbər
Baxılıb: 1 426
Facebook
Вконтакте
Одноклассники
Google+
Ülviyyə xanımın anası Murtuzova Rəfiqə Behdi qızı 07.01.2021-ci il tarixində 64 yaşında dünyasını dəyişib. "Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər".“Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından hörmətli, dəyərli, mehriban, səmimi, Yeni Nəsil İnnovativ və Sosial Dəstək İctimai Birliyinin sədri və Kitabxana.net kitab portalının idarə heyətinin üzvü Ülviyyə xanım Murtuzovaya anası Rəfiqə Murtuzovanın vəfatı ilə əlaqədar kədərləndiyini bildirərək Ülviyyə xanıma dərin hüznlə başsağlığı verib, onun yaxınlarına, doğmalarına, ailəsinə, dostlarına, onu sevərlərə Allahdan səbr diləyib, Allah rəhmət eləsin deyirəm.
Yeri cənnət olsun anamızın!
ALLAH RƏHMƏT ELƏSİN!Əzizim, ellər ağlar,
Çiçəklər, güllər ağlar.
Nakam bir ömür üçün,
Ağaran tellər ağlar.