Saakaşvili Gürcüstanın Baş Naziri postundan namizədliyini geri götürdü

Saakaşvili Gürcüstanın Baş Naziri postundan namizədliyini geri götürdü

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Gürcüstanın Baş Naziri olmaq istəmir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə o, “Mtavari” telekanalının efirində bildirib.

“Məni heç bir vəzifə, o cümlədən Gürcüstanın Baş Naziri vəzifəsi maraqlandırmır. Amma fiziki olaraq harada olacağımı önümüzdəki günlərdə bildirəcəyəm”, - siyasətçi deyib.

Daha əvvəl müxalifətçi Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlament seçkilərində qələbə qazanacaqları təqdirdə Saakaşvilinin Baş Nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər. Saakaşvili isə bəyan edirdi ki, o, Gürcüstanı “inkişaf yoluna” qoymaq üçün cəmi iki il müddətinə hökumət başçısı vəzifəsini tutmağa hazırdır.

Qeyd edək ki, bir qədər əvvəl Gürcüstanda keçirilən parlament seçkilərinin exit-poll nəticələri açıqlanıb. ABŞ-ın “Public Opinion Strategies” şirkətinin məlumatına görə, 55% səslə “Gürcü arzusu” partiyası liderdir. 23% səslə Vahid Milli Hərəkat Partiyası ikinci yerdə, 3% səslə Avropalı Gürcüstan Partiyası üçüncü yerdədir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter