Gürcüstanın Baş Naziri koronavirusa yoluxdu

  • 02.11.2020, 21:35,
  • Xəbər
  • Baxılıb: 31
Gürcüstanın Baş Naziri koronavirusa yoluxdu

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya koronavirusa yoluxub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Baş Nazirin COVİD testi müsbət nəticə göstərib. “O, özünü yaxşı hiss edir və evdə müalicəsini davam etdirir”, - deyə hökumətin mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Qaxariya mühafizəçisi koronavirusa yoluxduğundan oktyabrın 31-də özünütəcrid rejiminə keçib. Daha sonra Baş Nazirin şəxsi mühafizəsinin daha 2 əməkdaşının koronavirus testi pozitiv çıxmışdı.

Həmçinin, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava, hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili də özlərini təcrid ediblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter