İğtişaşlara görə istefa verdi - Makron qəbul etmədi
- 19.10.2026, 10:00,
- Dünya
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın daxili işlər naziri Loran Nunyes həftəsonu baş verən genişmiqyaslı iğtişaşlardan sonra istefa ərizəsini ölkə prezidenti Emmanuel Makrona təqdim edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayı açıqlayıb.
Bildirilib ki, bununla belə, Makron fransalı nazirin istefa təklifini rədd edib.
Fransa lideri polis və təhlükəsizlik qüvvələri daxilində idarəetmənin qorunub saxlanılmasını təmin etmək üçün Nunyesin vəzifəsində qalmalı olduğunu bildirib və Nunyesdən talançılarla mübarizə üçün qısa müddətdə yeni yanaşmalar hazırlamağı tələb edib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada keçirilən nümayişlər qısa zamanda kütləvi iğtişaşlara çevrilib, şəhərlərdə müxtəlif qruplarla polis arasında toqquşma baş verib. Bununla yanaşı, bir sıra mağazalar həmin qruplar tərəfindən talan olunub.