Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

  • 20.10.2026, 00:30,
  • Xəbər
  • Baxılıb: 7
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

“Qanunyolutv.az” xəbər verir ki, rayonun işğaldan azad edilməsindən 6 il ötür. Zəngilanda Şəhər Günü qeyd olunur.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Ordumuzun Zəngilanın yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.

Hazırda Zəngilan rayonu yenidən qurulur. Dövlət başçısı rayonun tezliklə ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcəyini açıqlayıb. Artıq rayonda ağıllı kəndlər inşa olunur və əhali abadlaşdırılmış ərazilərə köçürülür.

Qeyd edək ki, Azərbaycanda “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Hər ilin bu günü Zəngilan Şəhəri Günü kimi qeyd olunur.


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter