İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib - Yenilənib

İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib - Yenilənib

Azərbaycanda 11 yaşlı qız hamilə qalıb.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə İmişli rayonunda baş verib. Azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.

İmişli Rayon Mərkəzi Xəstəxanasından məlumatı təsdiqləyiblər. Bildirilib ki, azyaşlı xəstəxanaya bir neçə gün bundan əvvəl daxil olub. Onun 31 həftəlik hamilə olduğu qeyd edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.
****

"Qanunyolu.info.az" məlumatına görə Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, uşaq keysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter