Reanimasiyadakı xəstələrin sayı açıqlandı

  • 28.08.2020, 20:15,
  • Xəbər
  • Baxılıb: 30
Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 998 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 141 nəfər reanimasiyada, 16 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 986 nəfər virusa yoluxub, 33 461 nəfər sağalıb.

Bu gün 6 014 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 904 506 test aparılıb.

Qeyd edək ki, bu gün 142 koronavirusa yoluxma faktı qeydə alınıb, 97 nəfər sağalıb, 3 nəfər ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter