Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

  • 23.08.2020, 23:20,
  • Xəbər
  • Baxılıb: 26
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 763 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 183 nəfər reanimasiyada, 21 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 274 nəfər virusa yoluxub, 32 993 nəfər sağalıb.

Bu gün 5 432 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 873 777 test aparılıb.

Qeyd edək ki, bu gün 169 koronavirusa yoluxma faktı qeydə alınıb, 151 nəfər sağalıb, 3 nəfər ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter