Ən az yoluxma Pirallahıda, ən çoxu isə Binəqədidə qeydə alınıb
- 07.08.2020, 10:20,
- Xəbər
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkə üzrə koronavirusa yoluxanların yarısından çoxunu özündə cəmləşdirən Bakının rayonları üzrə statistika açıqlanıb."Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, hazırda ən çox yoluxma sayı 14.2 faizlə Binəqədi rayonundadır. Bunun ardınca isə Xətai (12,2), Sabunçu (11,9) və Yasamal (11,9) rayonları gəlir. Bu ardıcıllıqda Nəsimi 9.2, Nərimanov 8.3, Suraxanı 8.1, Qaradağ 7.4, Nizami 7.3, Xəzər 4.8, Səbail 4.5 faiz yoluxma ilə sıralanırlar.
Bakının ən az yoluxma olan rayonu Pirallahıdır. Burada yoluxma nisbəti 0.3 faizdir.