Qırğızıstanda yoluxma sayında ani artım

  • 18.07.2020, 11:00,
  • Dünya
  • Baxılıb: 22
Qırğızıstanda yoluxma sayında ani artım












Ötən gün ərzində Qırğızıstanda daha 1264 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Koronavirusla Mübarizə Üzrə Operativ Qərargahı açıqlama verib. Ən çox yoluxma paytaxt Bişkekdə (506) qeydə alınıb. Sutka ərzində xəstəlikdən daha 85 nəfər həyatını itirib.

Ümumilikdə ölkə üzrə 25 047 insan koronavirusa yoluxub, onlardan 858-i xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, daha əvvəl ölkədə COVID-19 və sətəlcəm xəstələrinin qeydləri ayrı aparılırdı. Lakin, həkimlərin verdiyi məlumata görə, 95% hallarda sətəlcəmin törədicisinin COVID-19 olduğu aşkarlanıb. Bu yaxınlarda Qırğızıstanın Səhiyyə Nazirliyi, cəmiyyət içində qeydə alınan sətəlcəm hallarının COVID-19-in təzahürü kimi qeydə alınması ilə bağlı qərar verib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter