Rusiyada gün ərzində rekord yoluxma
- 02.05.2020, 02:21,
- Dünya
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son 24 saat ərzində daha 7 933 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 114 431-ə çatıb. Aktiv koronavirus xəstələrinin sayı isə 100 042 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 96 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı isə 1 169-a çatıb. Ümumilikdə 13 220 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, dünya üzrə 3 318 455 insan koronavirusa yoluxub, 234 253 nəfər isə vəfat edib.