Şəhidlərin yas mərasimlərində toplaşmalar yoluxma sayına necə təsir edəcək?
- 20.07.2020, 18:15,
- Xəbər
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hazırda statistikada dəyişiklik varsa, o, müsbət istiqamətdədir”. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Tovuz istiqamətində gedən döyüşlərdən sonra şəhid olan hərbi qulluqçuların yas mərasimlərinə toplaşma ilə bağlı suala cavab verərkən deyib:
O qeyd edib ki, hələ ki, toplaşmalarla bağlı yoluxma sayındakı artışı bu günlərdə görməyəcəyik:
“Bilirik ki, xəstəliyin inkubasyon dövrü var. Toplaşmalarla bağlı yoluxma sayında artım olsa da, biz hələ ki, onu bu günlərdə görməyəcəyik. Ölkəmizdə baş verən müxtəlif məsələlərlə bağlı insanların emosional hissləri var və bu onları bəzi sərhədləri keçməyə məcbur edir. Ancaq unutmamalıyıq ki, koronavirus realdır, mövcuddur. Fiziki məsafənin saxlanması, maskaların taxılması vacibdir”.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, şəhidlərimizi yola salmağa gələn insanlar öz hissləri ilə davranır:
“Onlara hər hansı məhdudiyyət qoymaq düzgün olmaz. Ancaq məsafə saxlamaq çox vacibdir. Bizim ölkədə qeyri-qanuni keçirilən digər yas mərasimlərindən xəbərimiz var və böyük yas mərasimlərinin keçirilməsi arzuolunan deyil”.
