“Biz istədiyimiz qərarı yaza bilərik, amma əməl etməyəndə…”
- 03.07.2020, 17:18,
- Siyasət
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ciddi karantin rejiminin ikinci həftəsinin tamamlanmasına baxmayaraq yoluxma sayının yüksək olması insanları narahat edir”."Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, hər kəsdə yoluxma sayının azalmaması haqda sual yaranır:
“Biz kağıza istədiyimiz qərarı yaza bilərik, amma buna əməl etməyəndə nəticə də gözlənilən kimi olmur. Koronavirus tək bizim yox, bütün dünyanın problemidir. Dünya hələ də suallara cavab tapa bilmir. Amma biz hamımız bir olmalıyıq ki, bu problemi həll edək. Müharibədə biz ön cəbhədəyik, hamımız da bir tərəfdəyik.
Üç sadə məsələ - maska taxmaq, sosial məsafə saxlamaq və əlləri tez-tez yumaqla bu problemi həll edə bilərik. İctimai nəqliyyatda maska taxmayanlara digər insanlar maskanı taxması üçün müraciət etməlidirlər. Virus məni çox narahat edir, mənim də ailəm, valideynlərim var. Karantinin uzanmasının da ən vacib səbəbi budur ki, hamı eyni tələblərə əməl etsin. İkinci artım da təkcə Azərbaycanın deyil, bir çox ölkələrin problemidir. Həmin ölkələr də təkrar karantin rejimini sərtləşdirdi. Həmin ölkələr bizdən sonra açılıma getsə də, yenə də problemlə qarşılaşdılar. Azərbaycan hələ ki, bu problemin önündə gedir”.
