“Bank of Baku”da rəhbər vəzifəyə - Təyinat
- 03.09.2026, 17:30,
- Xəbər / İqtisadiyyat
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bank of Baku” ASC-də rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, Zöhrab Niftəliyev bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini yerinə yetirəcək.
Xatırladaq ki, Zöhrab Niftəliyev uzunmüddətli peşəkar təcrübəyə malikdir. O, 2008-2009-cu illərdə “AzStarNet” şirkətində, 2009-2011-ci illərdə isə “Azərsun Holdinq”də proqramçı olaraq fəaliyyət göstərib. 2011-ci ildən isə “Azercell Telekom” MMC-də fəaliyyət göstərməyə başlayıb. Burada 2021-ci ilədək Data mühəndisi, 2021-2026-cı illərdə isə Biznes sistemlərinə dəstək şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, Zöhrab Niftəliyev 2003-2007-ci illərdə Bakı Mühəndislik Universitetində Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı üzrə təhsil alıb.