Qagik Tsarukyanın taleyi sabaha qaldı - Məhkəmə qərarını elan edəcək
- 03.09.2026, 22:30,
- Xəbər
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
“Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qagik Tsarukyanın barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarı sentyabrın 4-də elan olunacaq”.“Qanunyolutv.az”, “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Emin Xaçatryan bildirib.
Sentyabrın 3-də İrəvan şəhər birinci instansiya ümumi yurisdiksiya cinayət məhkəməsində prokurorluğun Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətinə baxılıb.
Xatırladaq ki, məşhur biznesmen 2026-cı il iyulun 7-də həbs olunub. İyulun başlanğıcında hüquq-mühafizə orqanları Qagik Tsarukyanın malikanəsində, həmçinin ona və ailəsinə məxsus çoxsaylı şirkətlərdə kütləvi axtarışlar aparmış, daha sonra o, saxlanılaraq məhkəməyə çıxarılmışdı.
Qagik Tsarukyana qarşı xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb. Sonradan cinayət işinə vergidən yayınma ittihamı da əlavə edilib.