“Bərbərxanaların açılmasının bariz nümunəsiyəm”
- 20.07.2020, 17:10,
- Siyasət / Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
“Son günlər yoluxanların sayı azalıb. Bu, xalqımızın çəkdiyi əziyyətin nəticəsidir”. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.
O qeyd edib ki, evdə oturmaq çətindir: “Bu azalma tendensiyası ümid edirik ki, davam edəcək. Bu da bizə imkan verəcək ki, daha çox açılmaya gedək. Daha bir neçə sahələrdə də açılış mümkün olacaq. Ancaq bu, o demək deyil ki, biz koronavirusa qalib gəlmişik.
Bilirsiniz, bərbərxanalar açılıb. Mən də bariz nümunəyəm ki, saçımı kəsdirmişəm və sizin qabağınıza çıxmışam.Ancaq yoluxanların sayının azalması o demək deyil ki, biz qaydalara əməl etməyək. Qaydalara əməl edilməlidir ki, bundan sonra yenidən sərt karantinə getməyək”.