Prezident Corcia Melonini təbrik etdi

  • 04.09.2026, 09:30,
  • Siyasət
  • Baxılıb: 5
Prezident Corcia Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib.

“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı dövlət başçısı “X” hesabında paylaşım edib.

“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdən təbrik edirəm.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir.

Baş nazir Corcia Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz və xalqlarımızın rifahı naminə dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da dərinləşəcək və genişlənəcək”, - paylaşımda deyilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter