Gürcüstanda seçkilər başa çatdı - Yenilənib

  • 02.10.2021, 20:00,
  • Xəbər
  • Baxılıb: 30
Gürcüstanda seçkilər başa çatdı - Yenilənib

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata görə, ölkədə seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb.

Bildirilir ki, seçicilər 64 şəhər və rayonda mer və sakrebulo (bələdiyyə üzvləri) seçəcək. Ümumilikdə ölkədə 3 664 seçki məntəqəsi təşkil edilib və 3 497 345 vətəndaş seçki hüququna malikdir.

Qeyd olunur ki, mer vəzifəsinə 64 yer üçün 231 nəfər namizədliyini irəli sürüb. Bu şəxslər 21 partiyanı təmsil edir və 8-i müstəqil namizəddir. Namizədlərin yalnız 22-si qadındır. Hər şəhərdə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan olunacaq.

Sakrebuloya gəldikdə isə, seçki zamanı 2044 nəfər üzv seçiləcək.
****

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb. Yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter