Gürcüstanda parlament seçkiləri başa çatdı - Yenilənib
- 31.10.2020, 20:30,
- Dünya
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 31-də (bu gün) Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.Ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir ki, bu da o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.
Seçkilərdə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfər ölkə xaricində səs verə biləcək.
Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.
Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da -red) açılıb və saat 20:00-da bağlanacaq.
****
Gürcüstanda keçirilən parlament seçkiləri saat 20:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.