Bu gün Gürcüstanda parlament seçkiləridir

  • 31.10.2020, 08:00,
  • Dünya
  • Baxılıb: 29
Bu gün Gürcüstanda parlament seçkiləridir

Oktyabrın 31-də (bu gün) Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir ki, bu da o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.

Seçkilərdə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfər ölkə xaricində səs verə biləcək.

Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da -red) açılıb və saat 20:00-da bağlanacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter