Suraxanıda şəhid doğum günündə anıldı - Foto

Suraxanıda şəhid doğum günündə anıldı - Foto

Bu gün sentyabrın 1-i Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu, leytenant Səfərov Şahmar Nazim oğlunun doğum günüdür.

“Qanunyolu.info.az” xəbər verir ki, şəhidlik zirvəsinə ucaldıqdan sonra Şahmar Səfərovun qeyd olunan ilk doğum günündə onun adının əbədiləşdirilməsi üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar artist Ağalar Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, şəhidin əmisi, ehtiyatda olan zabit polkovnik Adil Səfərov, şəhid anaları, rayon sakinləri iştirak ediblər.
Suraxanıda şəhid doğum günündə anıldı - Foto

Həmçinin Şəhidlər xiyabanında Şahmar Səfərovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub və onun əziz xatirəsi ehtiramla yad edilib.

İcra başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Şahmar Səfərova və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Suraxanıda şəhid doğum günündə anıldı - Foto

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Şahmar Səfərov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşaraq şəhid olub. Səfərovlar ailəsinin digər üzvü, Şahmarın əmisi oğlu Səfərov Cəsarət Xaliq oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Şahmarla birlikdə böyüyən Cəsarət elə onunla birlikdə vətənə layiqincə xidmət edib, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub.
Suraxanıda şəhid doğum günündə anıldı - Foto

Şahmar Səfərov ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Suraxanıda şəhid doğum günündə anıldı - Foto

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter