Ərdoğan Volodimir Zelenskini qəbul etdi - Yenilənib
- 31.10.2026, 18:30,
- Dünya
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula gedib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi teleqram kanalında məlumat verilib.
Məlumata görə, Volodimir Zelenski burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyi və Ukraynadakı münaqişə məsələləri müzakirə olunacaq.
****
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna lideri Volodimir Zelenskini Dolmabahçe ofisində rəsmi mərasimlə qarşılayıb.Liderlərin birgə mətbuat konfransı keçirmələri gözlənilir.