Suraxanıda şəhidin xatirəsi doğum günündə anıldı - Fotolar

Suraxanıda şəhidin xatirəsi doğum günündə anıldı - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və RİHBA-nın şöbə müdirləri şəhid kapitan Elçin İsmayılovun doğum günü münasibətilə onun ailəsinə baş çəkib. “Qanunyolu.info.az” xəbər verir ki, şəhidin ailəsinə ərzaq yardımı göstərilib və ruhu ehtiramla yad edilib.

RİH başçısı Əziz Əzizov ailənin qayğıları ilə maraqlanıb, şəhidin iki övladının ataları kimi vətənpərvər ruhda böyüyəcəklərinə və onun həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu bildirib.
Suraxanıda şəhidin xatirəsi doğum günündə anıldı - Fotolar

Suraxanıda şəhidin xatirəsi doğum günündə anıldı - Fotolar

Qeyd edək ki, Şəhidin ailəsinə dəstək məqsədilə onların yaşadıqları mənzil Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir edilmib, eləcə də kapitan İsmayılovun xatirəsinə bulaq-abidə inşa edilib.

Elçin İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl, və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!
Suraxanıda şəhidin xatirəsi doğum günündə anıldı - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter