Suraxanıda şəhidin xatirəsi ehtiramla yad olundu - Foto
- 27.07.2021, 13:15,
- Sosial / Xəbər
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Suraxanı rayonunda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb.“Qanunyolu.info.az” xəbər verir ki, iyulun 27-də şəhidimiz Fərzullazadə Mehdi Zaman oğlu da doğum günündə anılıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri Şəhidin doğum günü münasibətilə onun xatirəsini məzarı önündə ehtiramla yad edərək, ailəsinə baş çəkiblər.
RİH başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək onların qayğıları ilə maraqlanıb, şəhidimizin bizlərə əmanət qoyub getdiyi doğmalarının bundan sonra da hər zaman diqqət və qayğı ilə əhatə olunacağını bildirib.
Daha sonra şəhidin təhsil aldığı 208 saylı tam orta məktəbdə onun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Vətən uğrunda canını fəda etmiş igidlərimizin döyüş yolunun öyrənilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, göstərdikləri şücaətin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə təşkil olunmuş tədbirdə şagirdlərin iştirakı ilə vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilib.
Allah rəhmət eləsin!
