Suraxanıda Albert Aqarunovun xatirəsi anıldı

Suraxanıda Albert Aqarunovun xatirəsi anıldı

Suraxanı rayonunda Milli Qəhrəmanın xatirəsi anılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Milli Məclisin deputatı Afət Həsənova, RİHB-nin müavinləri və şöbə müdirləri, RIHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin əməkdaşları, 154 №-li tam orta məktəbin kollektivi cəsur tankçının təhsil aldığı və onun adını daşıyan 154 nömrəli məktəbin həyətindəki büstünü ziyarət edib, gül dəstələri qoyublar.
Suraxanıda Albert Aqarunovun xatirəsi anıldı

Qeyd edək ki, Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1-ci Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.

O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək, 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Suraxanıda Albert Aqarunovun xatirəsi anıldı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter