Suraxanıda şəhid Cabarzadə Cavid doğum günündə anılıb

Suraxanıda şəhid Cabarzadə Cavid doğum günündə anılıb

Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Cabarzadə Cavid Qorxmaz oğlu yaşasaydı 24 yaşı tamam olacaqdı.

"Qanunyolu.info.az" xəbər verir ki, avqustun 10-da, Şəhidimizin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, YAP Suraxanı rayon təşkilatının əməkdaşları, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin sədri, Şəhid anaları 1997-ci ilin bu günündə dünyaya göz açan Şəhidimiz Cabarzadə Cavid Qorxmaz oğlunun ailə üzvlərinə dərin hüznlə baş sağlığı veriblər.
Suraxanıda şəhid Cabarzadə Cavid doğum günündə anılıb

Şəhid ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirib ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.
Suraxanıda şəhid Cabarzadə Cavid doğum günündə anılıb

2016-cı ilin Aprel Döyüşlərində Lələtəpənin alınması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş Cavid Cabarzadə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü yollanaraq Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və Xocavənd döyüşləri zamanı Şəhid olub.
Suraxanıda şəhid Cabarzadə Cavid doğum günündə anılıb

Qeyd edək ki, Cabarzadə Cavid ölümündən sonra Prezidentin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter