Ucarda narkotik satanlar və oğurluq edən tutuldu - Fotolar
- 09.04.2022, 10:00,
- Kriminal
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Ucarda narkotik satışında və oğurluqda şübhəli olan şəxslər saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən iki rayon sakini: Səfər Əliyev və Mirqədir Qasımov saxlanılıb.
Səfər Əliyevin üzərindən 6 qramdan artıq heroin və marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin, Mirqədir Qasımovun avtomobilindən və evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın metamfetamin aşkarlanaraq maddi sübut götürülüb. Hər iki şəxs cinayət əməllərini etiraf ediblər.
Digər əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Nurlan İsmayılov da saxlanılıb. Həmin şəxsin gecə saatlarında obyektlərə qanunsuz daxil olduğu, maddi ziyan vurduğu, cinayət yolu əldə etdiyi pulları isə xərclədiyi məlum olub.
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
