Zərdabda narkotik satmaq istəyən şəxs saxlanılıb

  • 08.03.2022, 10:30,
  • Kriminal
  • Baxılıb: 28
Zərdabda narkotik satmaq istəyən şəxs saxlanılıb

Zərdabda keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ağdam rayon sakini, 38 yaşlı Orxan Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 300 qram "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin, 285 qram heroin və təmiz çəkisi 3 kiloqram 120 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.
Zərdabda narkotik satmaq istəyən şəxs saxlanılıb

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter