10 dəfə oğurluq edən şəxs saxlanılıb

  • 15.03.2021, 12:15,
  • Kriminal
  • Baxılıb: 41
10 dəfə oğurluq edən şəxs saxlanılıb

Lənkəran 10 dəfə oğurluq etməklə vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, Lənkəran rayonunun Şilavar kənd sakini S.Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq olan qızıl-zinət əşyaları oğurlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

M.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.

Faktlarlar bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter