Tərtərdə istixana işçisi güllələndi - Yenilənib

Tərtərdə istixana işçisi güllələndi - Yenilənib

Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb.

“Qanunyolutv.az” xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib.

1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs tüfəngdən Məzahir Yusifova atəş açıb. Nəticədə o, hər iki ayağından xəsarət alıb. Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.
****

TƏBİB-dən bildirilib ki, 1974-cü il təvəllüdlü şəxs (kişi) 07.09.2026-cı il tarixində saat 00:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Baldırın çoxsaylı açıq yaraları, diz oynağının açıq yarası təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbəsidə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”.
****

Tərtərdə baş verən hadisənin təfərrüatı məlum olub.

İlkin məlumata görə, kənd ərazisində fəaliyyət göstərən istixanaların birində aqronom çalışan, əslən Laçın rayonundan olan 54 yaşlı Məzahir Yusifov orada fəhlə işləyən 21 yaşlı Hüsən Mirzəzadə tərəfindən güllələnib.

Bildirilir ki, hadisədən əvvəl onlar birlikdə spirtli içki qəbul edib. Daha sonra aralarında mübahisə yaranıb.

Mübahisədən sonra Hüsən Mirzəzadə evə gedərək ov tüfəngini götürüb və yenidən iş yerinə qayıdıb. O, Məzahir Yusifova atəş açıb. Nəticədə, aqronom hər iki ayağından xəsarət alıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter