Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - Fotolar
- 06.09.2026, 18:30,
- Xəbər / Sosial
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib. “Qanunyoltv.az” Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.
Bəxtiyar Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.
“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İsmayıl Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib.
Fotoda: İsmayıl Nəsirov -------------------------
Fotoda: Bəxtiyar Tağıyev