Balakəndə heroin və metamfetamin alverçiləri saxlanıldı - Fotolar

  • 02.05.2021, 13:55,
  • Kriminal
  • Baxılıb: 23
Balakəndə heroin və metamfetamin alverçiləri saxlanıldı - Fotolar

Balakəndə heroin və metamfetamin alverçiləri saxlanılılıb.

DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, Balakən Rayon Polis Şöbəsinə Nəsrəddin adlı şəxsin narkotik vasitə və psixotrop maddə satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən tədbirlər nəticəsində Balakən şəhər sakini Nəsrəddin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan müxtəlif kağız bükümlərdə satış məqsədilə üzərində gəzdirdiyi heroin, psixotrop maddə-metamfetamin və qurudulmuş marixuana aşkar edilib.
Balakəndə heroin və metamfetamin alverçiləri saxlanıldı - Fotolar

Polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində isə əvvəllər dəfələrlə məhkum olunmuş Azər Abdullayevdən heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə ona psixotrop maddəni satan Qullar kənd sakini Maqomed Maqomedov da tutulub. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli bilinən rayon sakini Ruslani Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Balakəndə heroin və metamfetamin alverçiləri saxlanıldı - Fotolar

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter