20 nəfərin velosipedini oğurlayıb ticarət mərkəzində satdı - Foto
- 08.04.2022, 12:30,
- Hadisə / Kriminal
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədidə 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxt sakini olan bir nəfər Binəqədi RPİ 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus 1200 manat dəyərindəki velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyən edilib.
Məlum olub ki, Tofiq Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.