“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
- 08.09.2026, 11:00,
- Kriminal
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
“SOS” (Security Operation Services) MMC-nin növbə rəisi Azər Cəfərov həbs edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Qaradağ rayonu Əlәt qәsәbәsindә yerlәşәn şirkәtlərdən birində mühafizә şirkәtinin hәmin stansiya üzrә növbә rәisi vәzifәsindә işlәyən şəxs dələduzluq əməlində təqsirli bilinib.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, Azər Cəfərov növbə rəisi işlədiyi şirkətə əlavə 11 mühafizəçinin işə götürüləcəyi vədi ilə 2 nəfərdən 20 min manata yaxın pul alıb. O, həmin pulları qumar oyunlarına qoyub və uduzub.
1980-ci il təvəllüdlü Azər Cəfərov pulları Hacıqabul rayonunda aldığından onun barəsindəki işə rayon məhkəməsində baxılıb. Bildirilib ki, A.Cəfərov əvvəllər də dələduzluq əməli törədib və buna görə məhkum edilib. Hacıqabul Rayon Məhkəməsinin budəfəki hökmü ilə ona 2 il 2 ay həbs cəzası verilib.
Azər Cəfərovun həbsdən sonra 1 il 6 ay müddәtinә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququ da məhdudlaşdırılıb.
