Bakını bir-birinə qatan sürücü 25 sutkalıq həbs edildi - Video

  • 08.09.2026, 16:30,
  • Kriminal
  • Baxılıb: 8
Bakını bir-birinə qatan sürücü 25 sutkalıq həbs edildi - Video

Paytaxtda avtoxuliqanlıq edən sürücü Fərhad Məmmədov həbs olunub.

“Qanunyolutv.az” xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərhad Məmmədov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter