Velosiped oğruları saxlanıldı - Foto

  • 10.06.2020, 09:35,
  • Kriminal
  • Baxılıb: 13
Velosiped oğruları saxlanıldı - Foto












Bakıda velosiped oğruları saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan, əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.

Araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosipedi oğurladığı məlum olub. Elbrus Məmmədov oğurladığı velosipedləri isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Fuad Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə Fuad Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.

Saxlanılan şəxslsərin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter