Əziz oxucularımız sizlərə İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarlıqla, qəhrəmancasına döyüşüb canını fəda edərək şəhidlik zirvəsinə yüksələn igid, mərd, qəhrəman, Vətənini sevən Şəhid Nəsirov Əfqan Ramil oğlundan söhbət açacayıq.44-günlük Vətən müharibəsi dövründə xalqımız dinindən, irqindən, milli mənsubiyyətindən, asılı olmayaraq bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək 30 ilə yaxın erməni işğalı altında olan cənnət Qarabağ torpaqlarımızı azad etmək üçün 2-ci Vətən müharibəsinə könüllü olaraq yollandılar. Bu isə müzəffər Azərbaycan ordusunun düşməni qısa müddətdə məğlub etməsinə zəmin yaratdı və döyüşən əsgərlərimizdə ruh yüksəkliyi oyatdı. Bir daha milli birliyimizin nə qədər vacib olduğunu anlamış olduq.
Tarixi Zəfərlə başa çatan 2-ci Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladları iştirak etdilər. Bəli, belə igidlərimizdən biri də Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik zirvəsinə yüksələn Şəhid Nəsirov Əfqan Ramil oğludur. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərə qatılan Əfqan böyük şücaət göstərib, əzmlə vuruşurmuş.
29.03.2023-cü il tarixində Sabunçu rayon Gənclər evində 44 günlük Zəfər tariximizi yazan daha bir igid Vətən oğlunun - evin tək oğlu, Füzuli döyüşlərinin 19 yaşlı Şəhidi Nəsirov Əfqan Ramil oğlunun "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri, həmişə Şəhid və qazi ailələrinin yanında olan Ülviyyə xanım Əsədovanın və Sabunçu rayon Gənclər evinin rəhbərliyinin təşkilatçılığı ilə mövlud günü qeyd edildi.
Nəzərinizə çatdıraq ki, Əfqan Nəsirov 2001-ci il martın 29-da Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə 71 saylı orta məktəbdə oxuyub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib. Şəhidin anası Kəmalə xanım İsmayılova çıxışında dedi ki, Əfqan hər zaman Vətənə bağlı olmuşdur. O, şərəflə döyüşərək torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Belə qəhrəman oğulun anası olduğum üçün fəxr edirəm.
Tədbirdə ilk öncə Vətənimizin suverenliyi uğrunda şəhid olan oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova tədbirdə çıxış edərək tədbir iştirakçılarını salamladı, ürək sözlərini gələn qonaqlara çatdırdı və Şəhidin anası Kəmalə xanıma, eləcədə tədbirdə iştirak edən Şəhid valideynlərinə Allahdan səbr, Şəhidlərimizə isə Allahdan rəhmət dilədi.
Tədbirdə Şəhid anaları, qazilərimiz, l, ll Vətən müharibəsi iştirakçıları, millət vəkilləri-Aydın Mirzəzadə, Jalə Əhmədova, Könül Nurullayeva, Aydın Hüseynov, Dövlət Gömrük Akademiyasının mütəxəsisi general-mayor Qulu Novruzov, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, sədrin müavini Məcid Məmmədov, Xüsusi Təyinatlı, Qarabağ qazisi polkovnik-leytenant Hikmət Ağayev, Şəhid atası Hüseynov Qüdrət Rahim oğlu, "Qanunyolutv.az" ın rəhbəri Arif Süleymanlı, Zəfərtv.az" sayıtının rəhbəri Dəniz xanım Rüzgar, QHT, KİV nümayəndələri və fəxri qonaqlar iştirak edirdilər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissədə qəhrəmanlığı, igidliyi tərənnüm edən şerlər, vətənpərvərliyə həsr olunan musiqilər səsləndirildi. MN-nin "Zabitlət evi" nin mədəniyyət işçiləri vətənpərvər ruhda mahnılar ifa edərək tədbirə daha da zövq verdilər. Sonda "Dəmir Yumruq" Alfa-a cəmiyyəttinin sədri Ülviyyə xanım tərəfindən Şəhidin adına təşkil edilmiş ehsan süfrəsi verildi.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Əfqan Nəsirov
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra
"Cəsur döyüşçü" medalı ilə təltif edilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Əfqan Nəsirov Füzuli döyüşlərində savaşıb. Oktyabrın 12-si Füzulidə şəhidlik zirvəsinə ucalıb. Şəhid Əfqan Nəsirov Zabratda torpağa tapşırılıb.
ALLAH RƏHMƏT ELƏSİN!"QanunyoluTV.az" Arif Süleymanlı