Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Əziz oxucularımız sizlərə İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarlıqla, qəhrəmancasına döyüşüb canını fəda edərək şəhidlik zirvəsinə yüksələn igid, mərd, qəhrəman, Vətənini sevən gizir Nağıyev Elfaq Azad oğlundan söhbət açacayıq.

44 -günlük Vətən müharibəsi dövründə xalqımız dinindən, irqindən, milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək 30 ilə yaxın erməni işğalı altında olan cənnət Qarabağ torpaqlarımızı azad etmək üçün 2-ci Vətən müharibəsinə könüllü olaraq yollandılar. Bu isə müzəffər Azərbaycan ordusunun düşməni qısa müddətdə məğlub etməsinə zəmin yaratdı və döyüşən əsgərlərimizdə ruh yüksəkliyi oyatdı. Bir daha milli birliyimizin nə qədər vacib olduğunu anlamış olduq.
Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Tarixi Zəfərlə başa çatan 2-ci Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladları iştirak etdilər. Bəli, belə igidlərimizdən biri də Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik zirvəsinə yüksələn Gədəbəy rayonunda dünyaya göz açan Nağıyev Elfaq Azad oğludur. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərə qatılan Elfaq böyük şücaət göstərib, əzmlə vuruşurdu.

Gizir Nağıyev Elfaq Azad oğlu 26.12.1996-cı ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub. 2003-cü ildə Parakənd kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2007ci ildən Baki şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi 307 saylı məktəbdə 5-ci sinifdən orta təhsilni davam etdirib. 9 illik orta təhsildən sonra 2012-ci ildə Şamaxı humanitar kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Elfaq 4 illik kollec təhsilindən sonra 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşür.
Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Elfaq 1il 6 ay xidmətini başa vurduqdan sonra nə oxuduğu ixtisas üzrə, nə də digər təklif olunan işlərin heç birini istəmədiyini hərbiçi olmaq istədiyini bildirib. 2019-cu ildə istəyinə çatdı və gizirlik kursunu keçərək "N" saylı hərbi hissədə gizir kimi işə başladı. 2020-ci ilin iyul ayında nişanlanmışdır. Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir.

Gizir Nağıyev Elfaq oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olmuş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və "QORXMAZ GİZİR" ləqəbi adına layiq görülmüşdür. 21 oktyabr 2020-ci ildə Xocəvənd rayonunun alınması istiqamətində gedən döyüşlərdə qəhramancasına erməni işğalçılarına qarşı, Qarabağ torpaqlarımızın azad edilməsi uğrunda döyüşərək Şəhid olmuşdur.
Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilibdir.
Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilibdir.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilibdir.
Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev

Gizir Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Elfaq ailənin böyük övladı idi, özündən iki yaş kiçik bir qardaşı var. Elfaq Nağıyeva məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Vətən deyib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul - Elfaq Nağıyev


ALLAH RƏHMƏT ELƏSİN!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor Arif Süleymanlı

İcraçı direktor İradə Şirinova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter