Yeni təyin olunan hakim şəhid qardaşıdır - Foto
- 10.10.2026, 13:30,
- Xəbər / Sosial
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub.
“Qanunyolutv.az” xəbər verir ki, onların arasında Vətən müharibəsi şəhidi Yüksəl Əlizadənin qardaşı Əli Əlizadə də var.
Qeyd edək ki, şəhid Yüksəl Əlizadə də hüquqşünas olub, Gəncə İnzibati-İqtisad məhkəməsində, Gəncə Şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
Şəhidin qardaşı Əli Əlizadə isə Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.
Fotoda: Əli ƏlizadəOnların atası mərhum İlqar Əliyev də sabiq prokurorluq əməkdaşı olub.
Yüksəl Əlizadə 9 noyabr 2020-ci ildə Xocavənd ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 20-si Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid Yüksəl Əlizadə ölümündən sonra
“Vətən uğrunda”,
“Döyüşdə fərqlənməyə görə”,
“Xocavəndin azad olunmasına görə” və
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fotoda: Şəhid Yüksəl Əlizadə