Bu dəfə əziz oxucularımız sizlərə İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşüb yaralanan qazimiz Əhədov Tural İbad oğlundan danışacayıq.Əhədov Tural İbad oğlu 31.10.1991-ci ildə Qaradağ rayonu Qobustan qəsəbəsində anadan olub. Tural 1999-cu ildə Qaradağ rayonunda təhsilinə ilk dəfə İnternat məktəbindən başlamış və 9 illiyini orada bitiribdir. Sonra həmin rayonda 16 saylı Peşə məktəbinə daxil olub.
2020-ci ilin sentyabr ayında 44 günlük Vətən müharibəsinə, Doğma Vətətənini erməni işğalçılarından azad etmək üçün könüllü yazılan Əhədov Tural "N" saylı Hərbi hissənin 5-ci tabor, 15-ci batalyonun 3-cü taqım, 1-ci manqanın baş əsgəri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən nizam-intizamlı, məsuliyyətli, bacarıqlı və işgüzar bir baş əsgəri kimi tanıtmışdır.
Qazimiz Tural 2-ci Qarabağ döyüşlərində sücətlə iştirak edib, Talış kəndi və Suqovuşan istiqamətlərində gedən döyüşlərin iştirakçısı olubdur. Əhədov Tural 10.11.2020-ci ildə Talış istiqamətində gedən şiddətli döyüşlər zamanı komandirlərin verdiyi döyüş tapşırığını yerinə yetirərkən xəsarət alıbdır. Onuda nəzərinizə çatdırım ki, qazimiz travma kontuziya zədəsi alıbdır.
Əhədov Tural ailəlidir bir övladı var və hal-hazırda Qaradağ rayonu Lökbatan qəsəbəsində kirayədə yaşayır. Onun yaşam tərzi çox acınacaqlıdır. Köməyə ehtiyacı var.
Onu da qeyd edim ki, qazimiz Əhədov Tural İbad oğlu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
"Cəsur döyüşçü" medali ilə təltif olunub. Bundan əlavə olaraq Tural üç medala da layiq görülübdür.
P.S. Sonda bizdə aidiyyatı qurumlara üzümüzü tutub deyirik: "Gəlin Vətən uğrunda, torpaq uğrunda, Dövlət və dövlətçiliyimiz uğrunda canından keçən, igid, qəhrəman, qorxmaq oğullarımıza, qazilərimizə sahib çıxaq. Onların yaşam tərziylə, ailələriylə, sağlamlıqlarıyla maraqlanıb, onlara əlimizdən gələni köməklikləri edək.
Axı onlar bizim Vətən oğullarımızdır, göz bəbəyimizdir, başımızın tacıdırlar!" Biz sizin kimi mərd, igid, qorxmaz, Vətənini, dövlətini, xalqını, millətini sevən qazilərimizin, canlarını Vətən, torpaq uğrunda fəda edən şəhidlərimizin qarşısında baş əyirik.
#BizBirlikdəGüclüyük!Qaradağ rayonu üzrə"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-nin sədri
Elnarə Mustafayeva
"Qanunyolu.info.az"- Təsisçi və baş redaktor
Arif Süleymanlı