Bu dəfə əziz və hörmətli oxucularımız sizlərə İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyü uğrunda fədakarlıqla, qəhrəmancasına döyüşüb şəhadətə ucalan baş leytinant İbadov Murad Yusif oğlundan oğlundan söhbət açacayıq.Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2000-2009-cu illərdə Rasim Hüseynov adına Cəyirli kənd tam orta məktəbində, 2009-2011-ci illərdə isə Ayaz Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində qəhrəmancasına savaşıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Murad Yusif oğlu İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən 30 ilə yaxın Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşə qatılan baş leytenant Suqovuşan istiqamətində gedən qızğın savaşda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Murad İbadov Ağdərə istiqamətində gedən döyüşlərdə mühasirəyə düşərək ağır yaralanıb. Lakin yaralı olduğuna baxmayaraq, Murad son nəfəsinə kimi düşmənlə mübarizə aparıb və oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına erməni işğalçılarına qarşı döyüşərək
haqq savaşında şəhid olub. Baş leytinant Murad İbadov Qobustan rayonunun Cəyirli kəndində dəfn olunub.

Bu gün bizlərdə özümüzə borc bilərək şəhid İbadov Muradın ildönümündə kollektivimizlə birgə iştirak etdik. İlk öncə onun təhsil aldığı Qobustan şəhəri Cəyirli kənd məktəbində olduq və ona təhsil verən müəllimlərlə həmsöhbət olduq. Sonra məktəbdən çıxıb şəhidin dəfn olunduğu məzarlığa getdik. Burada şəhidin ildönümündə Qobustan RİH-nin başçısı Adil Məmmədov, general Gəray Bağırov, Hərbi komissar İxtiyar Əhmədov, Bələdiyyə sədri Aynur Axundova, Qobustan rayon Yaşar Sadıqov adına Çalov kənd məktəbinin direktoru Alcanlı Nemət, Qobustan rayon Ayaz Quliyev adına Cəyirli kənd orta məktəbinin direktoru Mais Əliyev, Qobustan rayon Rasim Hüseynov adına Cəyirli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Azadə Buğday müəllim, bələdiyyə sədri Aynur xanım Axundova, ictimaiyyət, məktəb şagirdləri, Şəhid anaları və.s. yaxından iştirak edib şəhid haqqında öz xatirərələrini tədbir iştirakçılarına çatdırdılar.

Tədbirin açılışında əvvəl Dövlər himni səsləndirildi. Sonra isə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şəhidin atası İbadov Yusif, anası İbadova Gülcahan xanım və bacısı İbadova Aytən də çıxış etdilər. Onlarda öz çıxışlarında şəhid haqqında olan xatirələrdən söz açıb, tədbirə gələn hər kəsə öz təşəkkürlərini bildirdilər. Sonra məktəbli uşaqlar Vətənpərvər şerlər səsləndirdilər. Çıxışlardan sonra şəhidin evində onun adına açılan ehsan süfəsi verildi. Bizlərdə fürsətdən istifadə edərək şəhidin ev muzeyini də ziyarət etdik.
Onu da qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən baş leytinant Murad İbadov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra
"Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra
"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Vətənimiz uğrunda haqq savaşında gedən döyüşlərdə canına qıymadan özünü düşmən gülləsinə sipər edən igid və qəhrəman şəhid qardaşımız Murad Yusif oğlu İbadova Allahdan rəhmət diləyirik. Azərbaycan xalqı başda Ali Baş Komandan olmaqla qazilərimizin, şəhidlərimizin qanı, canı bahasını 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək, erməni faşizmi üzərində "Dəmir yumruq" olub qələbə qazandıq. Biz sizin kimi mərd, igid, qorxmaz, Vətənini, dövlətini, xalqını, millətini sevən, canlarını Vətən, torpaq yolunda fəda edən şəhidlərimizin qarşısında baş əyirik.
ALLAH RƏHMƏT ELƏSİN!"Qanunyolu.info.az"- Təsisçi və baş redaktor
Arif Süleymanlı