Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Tarixi Zəfərlə başa çatan 2-ci Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında mədəniyyət işçisi Zamin Rəhimovun da adı yer alır.

44 -günlük Vətən müharibəsi dövründə xalqımız dinindən, irqindən, milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək 30 ilə yaxın erməni işğalı altında olan cənnət Qarabağ torpaqlarımızı azad etmək üçün 2-ci Vətən müharibəsinə könüllü olaraq yollandılar. Bu isə müzəffər Azərbaycan ordusunun düşməni qısa müddətdə məğlub etməsinə zəmin yaratdı və döyüşən əsgərlərimizdə ruh yüksəkliyi oyatdı. Bir daha milli birliyimizin nə qədər vacib olduğunu anlamış olduq.
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Bəli, belə igidlərimizdən biri də Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik zirvəsinə yüksələn Cəbrayıl rayonunda dünyaya gələn Zamin Vahid oğlu Rəhimovdur. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərə qatılan Zamin Rəhimov böyük şücaət göstərir, əzmlə vuruşurdu.

Rəhimov Zamin Vahid oğlu 21 aprel 1988-ci ildə Cəbrayıl rayon Mərzə kəndində anadan olmuşdur. O, 1995-ci ildə Biləsuvar rayonu 2 saylı qəsəbədə 1-ci sinfə qədəm qoymuşdur. Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Orta təhsilini Ə. Veysəlov adına Sirik kənd tam orta məktəbində davam etdirmişdir.
2006-cı ildə orta məktəbi bitirmiş və elə həmin il Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə rabitə üzrə hərbi xidmət keçmiş, 2008-ci ildə isə hərbi xidməti bitirmişdir.
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Hərbi xidməti bitirdikdən sonra Şuşa Musiqi texnikumunda "Qarmon" ixtisası üzrə təhsilini davam etdirmişdir. Rəhimov Zamin 2012-ci ildən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlamışdır. 2017-ci il 24 aprel tarixində o, Leyla adlı xanımla ailə həyatı qurmuş və 2018-ci il 1 sentyabrda bir qız övladı dünyaya gəlmişdir.
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

16 iyul 2020-ci il tarixdə erməni silahlı birləşmələrinin Tovuz rayonu istiqamətində başlatdığı təxribatlar zamanı Zamin Rəhimov könüllü olaraq orduya yazılmış və Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və Səfərbərlik haqqında Qanuna əsasən 01.10.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmişdir. 01.10.2020-ci il tarixdə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə təhvil verilmişdir.

O, doğulduğu torpaqları uşaq olanda ikən - 5 yaşında tərk etmək məcburiyyətində qalmışdı. Zamin bir də o yerlərə 32 yaşında cəsur əsgər kimi qayıtdı və öz həyatını həsrətini çəkdiyi torpaqlara qurban verdi.

Azərbaycan 2-ci Vətən müharibəsindən sonra “Qəhrəmanlar Ölkəsi”-nə çevrildi. Bunu Vətənin ərazi bütövlüyü uğrunda canından keçən oğullar sübut etdilər. İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də məhz Rəhimov Zamin Vahid oğludur.

Həyat yoldaşı Leyla xanım da Zaminin seçilmişlər sırasında olduğunu qeyd edib: “Deyirlər ki, şəhidlik zirvəsinə yüksələn insanlar seçilmişlər olur. Həqiqətən belədir və Zamin həmin seçilmişlər sırasına daxil oldu. Zaminlə mən artıq 4 il idi ki, evliydik. O, bizə, övladımıza qarşı çox qayğıkeş, mərhəmətli idi. Mən onunla çox xoşbəxt idim. O, mənim üçün ölməyib, yaşayır. Onun ölümünə inana bilmirəm, hələ də yolunu gözləyirəm. Ondan mənə yadigar İnci adlı körpəmiz və ən əsası ucaldığı Şəhidlik zirvəsi qalıb”
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Zamin Rəhimov Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin olunması məqsədi ilə keçirilən əks-hücum əməliyyatları zamanı torpaqlarımızı erməni azğınlarından azad etdiyi zaman 08.10.2020-ci il tarixdə dünyaya göz açdığı Cəbrayıl rayonunun yüksəklikləri uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz 09 oktyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qəbristanlıqda şəhidlər üçün ayrılmış məzarlıqda dəfn edilmişdir. Ailəli idi, bir azyaşlı qız övladı var. Mahmudlu uşaq musiqi məktəbində qarmon müəllimi işləyirdi.

Şəhidimiz 09 oktyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qəbristanlıqda şəhidlər üçün ayrılmış məzarlıqda dəfn edilmişdir.
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Ermənistan baş vermiş hadisələri dünya ictimaiyyətinə saxtalaşdırılmış şəkildə catdirmaqla öz işğalçı və insanlığa sığmayan hərəkətlərini gizlətməyə çalışır. Hər bir Azərbaycanlının borcudur ki, 44-günlük Vətən müharibəsində olduğu kimi daima dövlətimizin gələcəyi üçün xalqın seçdiyi prezidentin ətrafında cəm olub bütün həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına yardım etmiş olsun.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov

Bəli, biz bu gün bu qələbəni Azərbaycan xalqına, dövlətinə, millətinə öz qanları bahasına bəxş edən şəhidlərimizi heç vaxt unutmayacaq, onları daima qəlbimizdə yaşadacağıq.

Şəhadətiniz mübarək, qəhrəman əsgər! Ruhunuz qarşısında baş əyirik. Bütün Şəhidlərimizə rəhmət diləyərək, onların valideynlərinə, yaxınlarına, əzizlərinə Allah səbr versin deyirik! Nur içində yatın! Biz sizlərnən fəxr edirik.
"Şəhidlər ölməz, Vətən bölünməz!"
ALLAH RƏHMƏT ELƏSİN!
Vətən və torpaq sevgisiylə yaşayan şəhidimiz - Zamin Rəhimov


Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi məktəbinin direktoru
Gülnar xanım Rəşidova.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter