Moldova MSK prezident seçkilərinin qalibini elan etdi
- 16.11.2020, 14:20,
- Dünya
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Moldovanın keçmiş Baş naziri və “Fəaliyyət və Həmrəylik” partiyasının lideri Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib gəlib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.
Ölkədə məntəqələr üzrə seçki bülletenlərinin 100 faizinin sayıldığı bildirilib. “Fəaliyyət və Həmrəylik" lideri Sandu Maya seçkilərdə səslərin 57,75 faizini, hazırkı Prezident İqor Dodon isə 42,25 faizini qazanıb.
Yeni prezident ölkə Konstitusiyasına uyğun olaraq, seçkilərdən sonra 45 gündən gec olmayaraq parlament və Konstitusiya Məhkəməsi qarşısında and içməlidir.
Bildirilir ki, M. Sandu prezident vəzifəsi səlahiyyətlərinin icrasına 23 dekabrda başlayacaq.
Qeyd edək ki, Moldovada prezident seçkilərinin birinci turu noyabrın 1-də keçirilib.