Dağıstan Respublikasına yeni rəhbəri o oldu
- 15.10.2026, 18:30,
- Xəbər
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağıstan Respublikası Xalq Toplantısının (parlamentinin) səkkizinci çağırış deputatları Fyodor Şukinin respublika rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyiblər.“Qanunyolutv.az”, “İnterfaks”a istinadən xəbər verir ki, səsvermədə iştirak edən 87 deputatdan 78-i Şukinin lehinə səs verib.
Qeyd edək ki, Dağıstan Konstitusiyasına uyğun olaraq, region rəhbəri Xalq Toplantısının deputatları tərəfindən seçilir. Bundan əvvəl Rusiya Prezidenti bu posta Xalq Toplantısının spiker müavini Kamil Davdiyev və regional parlamentin deputatı Samir Abdulxaliqovun da namizədliyini təklif etmişdi.
Xatırladaq ki, 1976-cı il təvəllüdlü Fyodor Şukin bu il mayın 4-də Dağıstan rəhbərinin müvəqqəti icraedicisi təyin olunmuşdu. Şukin bu postda hazırda Bryansk vilayətindən Federasiya Şurasının senatoru olan Sergey Melikovu əvəz etmişdi.