Sandu Dodonu geridə qoydu - Yenilənib

Sandu Dodonu geridə qoydu - Yenilənib

Moldovanın hazırkı Prezidenti İqor Dodon prezident seçkilərində liderdir. "Qanunyolu.info.az", “Qafqazinfa" - ya istinadən bildirir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin hesablamaları göstərir.

Saat 00:22-yə olan məlumata görə, seçicilərin 36,15%-i Dodonu, 30,69%-i isə onun əsas rəqibi Maya Sandunu dəstəkləyib.

Hazırda MSK bülleten emalını davam etdirir.

Noyabrın 1-də Moldovada prezident seçkiləri keçirilib. Seçkilər baş tutmuş hesab olunur. Ümumilikdə, dövlət başçısı postuna səkkiz nəfər namizədliyini irəli sürüb.
****

Moldova MSK protokolların 99,11%-ni emal edib. "Qafqazinfo" bildirir ki, bu barədə "TASS" xəbər verib.

Bu saata olan məlumata əsasən, müxalif Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu 35,61% səslə liderlik edir. Onun əsas rəqibi – ölkənin hazırkı Prezidenti İqor Dodon isə 33,01% səslə ikincidir.

Qeyd edək ki, seçkinin qalibi noyabrın 15-də keçiriləcək ikinci turda müəyyənləşəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter