ABŞ İrana qarşı arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadə edə bilər

  • 16.10.2026, 16:30,
  • Dünya
  • Baxılıb: 0
ABŞ İrana qarşı arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadə edə bilər

ABŞ İrana zərbələrin yenidən başlaması halında arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadə edə bilər.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı hərbçilərə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət ABŞ-nin hərbi arsenalındakı ən böyük qeyri-nüvə bombası olan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasından gedir.

“Amerikalı hərbçilərin hazırladığı yeni planlara İranın enerji infrastrukturuna və nüvə obyektlərinə zərbələrin endirilməsi üçün “bombaların anası” adlandırılan bombadan istifadə imkanı da daxildir”, - məlumatda deyilir.

Maraqlıdır ki, telekanalın həmsöhbətləri bu bombanın tətbiqinin amerikalıların Yaxın Şərqdə hər hansı strateji məqsədlərinə nail olmağa və ya güc balansını dəyişməyə imkan verəcəyinə şübhələrini ifadə ediblər. Buna baxmayaraq, onlar bu addımın münaqişədə eskalasiyanı ciddi şəkildə artıra biləcəyini düşünürlər.

Qeyd edək ki, MOAB bombasının çəkisi 9,8 ton təşkil edir ki, bunun 8,5 tonu partlayıcı maddədir. Uzunluğu 9,14 m, diametri 1,03 m-dir. 2003-cü ildə yaradılmış bu bombanın ilk sınağı 11 mart 2003-cü ildə Floridadakı Eqlin hərbi hava bazasının poliqonunda baş tutub. Döyüş şəraitində isə ondan yalnız bir dəfə - 13 aprel 2017-ci ildə Əfqanıstanda İŞİD-in mövqelərinə zərbə endirmək üçün istifadə edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter